Maliyyə Nazirliyi sığorta agenti kimi xidmət göstərən “Aztrust Sığorta Agenti” MMC-nin lisenziyasının ləğv edilməsinə dair qərar qəbul edib. Bu barədə nazirliyin Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında məlumat verilir.
Bundan başqa, Maliyyə Nazirliyi sığorta agenti kimi xidmət göstərən 4 fiziki şəxsin - Daşqın Allahverdiyev, Emil Həsənov, Azər Məmmədov və Yeganə Xələfovanın lisenziyalarını ləğv edib.
Lakin Maliyyə Nazirliyi onların lisenziyalarının ləğv edilməsi səbəblərini açıqlamır.
Qeyd etmək lazımdır ki, son 2-3 ay ərzində Maliyyə Nazirliyi sığorta agenti kimi fəaliyyət göstərən 50-yə yaxın fiziki şəxsin lisenziyasının ləğv edilməsinə dair qərar qəbul edib.