Hesablama Palatası Xətai rayon İcra Hakimiyyətində yoxlamalar aparacaq. Bu barədə Palatanın saytında məlumat verilir.
Yoxlamanın məqsədi dövlət büdcəsinin dövlət xidmətləri, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Xətai rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin məqsədyönlü istifadəsinin təhlilidir.
Bundan başqa, Palata dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Xızı rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsini, Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsini yoxlayacaq.
Hesablama Palatası, həmçinin Naxçıvan şəhər Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aparatının saxlanılmasına ayrılan vəsaitlərin istifadəsini və büdcədənkənar vəsaitlərin icrasını yoxlayacaq.
A.Əzizov