Azərbaycan və Özbəkistan 2015-ci ilin sonuna qədər hökumətlərarası komissiyanın növbəti iclasını keçirməyi planlaşdırır. Bu barədə Özbəkistan KİV-ləri məlumat verir.
2015-ci ilin sonunadək komissiyanın iclasının keçirilməsi məsələsi iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Daşkəndə səfəri çərçivəsində müzakirə olunub.
Ş.Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın baş nazirinin müavini Uluqbəy Rozukulov, xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Elyor Qəniyev və iqtisadiyyat naziri Qalina Səidova ilə danışıqlar aparıb.
Görüşlərdə iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycan nümayəndə heyəti, həmçinin Özbəkistanın bir neçə şirkətinə də baş çəkib.
Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyasının sonuncu iclası 2012-ci il oktyabrın 9-da Bakıda baş tutub.
A.Axundov