Çin Rusiyanı stabil görmək istərdi - ingilis dilində nəşr edilən “Global Times” qəzeti rusiyalı müxalifətçi Boris Nemtsovun qətlinə bu cür reaksiya verib.
“Cin cəmiyyəti Putinin idarəçiliyi altında Rusiyanı sabit görmək istərdi. Cəmiyyət Moskvada qəddarlığın bu cür təzahüründən şokdadır”, - deyə bazar ertəsi redaksiyanın məqaləsində bildirilir.
Qeyd olunur ki, “Nemtsovun qətli ümumi qəbul edilmiş siyasi məntiqə ziddir”.
“Ümid edirik ki, bu, az təsadüf edilən haldır, Qərbdə təqdim edildiyi kimi, o qədər də acınacaqlı hadisə deyil”, - deyə qəzet yazır.
Qəzetdə siyasi qətllər praktikası pislənilir və bildirilir ki, “müxalifət liderlərinin qətli nəinki müxalifəti zəiflədir, əksinə onun birləşməsinə kömək edir”.
Məqalə müəllifinin qeyd etdiyi kimi, “bu insident Rusiyada milli birliyə ağır zərbədir və mürəkkəb problemlərin həlli ilə məşğul olan Rusiya hökumətinə təzyiqi gücləndirir”.