Hesablama Palatası “2015-2017-ci illər üçün Strateji İnkişaf Planının icrasına dair Tədbirlər Planı”nı təsdiq edib. Bu barədə Palatanın məlumatında qeyd edilir.
2018-ci ilə qədər Strateji Planın prioritet istiqamətləri aşağıdakılardır: dövlət büdcəsinin təhlili və audit funksiyalarının icrası ilə potensialının artırılması; hüquqi çərçivənin təkmilləşdirilməsi; audit standartlarının tətbiqi; insan resurslarının idarəolunması və təlim sisteminin inkişafı.
Fəaliyyət Planı qoyulmuş əsas və altməqsədlərə nail olunması istiqamətində tədbirləri, o cümlədən həyata keçirilməsi ilə bağlı real müddətləri müəyyənləşdirir”, - deyə məlumatda qeyd olunur.
A.Əzizov