“Bu, üçüncü dünya müharibəsidir. Müsəlmanlar, xristianlar, eləcə də başqa dinlərə etiqad edən insanlar indiki nəslə xas olan bir mübarizəyə cəlb ediliblər”, - deyə kral bazar ertəsi Amerikanın CNN telekanalına müsahibəsində bildirib.İŞİD radikal qruplaşmasının üzvləri ilə mübarizə üçüncü dünya müharibəsi hesab edilir. İordaniya kralı II Abdulla belə hesab edir.
O qeyd edib ki, həm Qərb, həm də islamın digər cərəyanları İŞİD-ə qarşı çıxış edirlər.
“Hamı bu cinayətkarlara qarşı mübarizədə birləşir”, - deyə kral qeyd edib.