Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Cenevrədə BMT İnsan Hüquqları Şurasının sessiyasında çıxışından sonra ABŞ dövlət katibi Con Kerri ilə ikinci dəfə görüşüb.
“Bəli, mən onunla yenidən görüşdüm”, - deyə S.Lavrov dövlət katibi ilə görüşü barədə jurnalistlərə məlumat verərkən bildirib.
Amerika tərəfinin məlumatına görə, bu gün səhər baş tutmuş ilk görüş bir saat 20 dəqiqə davam edib. Görüşün sonunda C.Kerri “Twitter”dəki mikrobloqunda bildirib ki, S.Lavrovla diskussiya açıq xarakter daşıyıb.
“Mən elə indicə RF XİN başçısı S.Lavrovla görüşdüm, bizim Ukrayna, Suriya və İranla bağlı açıq müzakirələrimiz oldu”,- deyə C.Kerri qeyd edib.