Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aqil Vəliyev Vyanada “Tədqiqat və innovasiya siyasəti” mövzusunda seminarda iştirak edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilir.
Seminar Avropa İttifaqının “Horizon-2020” proqramı üzrə həyata keçirilən İnconet layihəsi çərçivəsində keçirilib.
Seminarın əsas məqsədi Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində elm, texnologiya və innovasiya siyasəti ilə bağlı məsələlərin müzakirəsindən ibarət olub.
Tədbirdə Azərbaycanla yanaşı, Belarus, Moldova, Ukrayna və Gürcüstanın elm və texnologiyalar sahəsində müxtəlif qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə “Elm və texnologiyaların innovasiya siyasəti”, “Texnoloji transfer üçün siyasi alətlər”, “Elm, texnologiyalar və innovasiya sahələrində beynəlxalq əməkdaşlıq”, “İnnovasiyaya dəstək alətləri və proqramlar” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
A.Zeydullayeva