Ötən həftə ərzində Azərbaycan polisi axtarışda olan 114 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə (23 fevral - 1 mart) baş vermiş bədbəxt hadisələr nəticəsində 7 nəfər həlak olub, 4 nəfər xəsarət alıb (zəhərlənib), həmçinin 2 intihar hadisəsi qeydə alınıb.
Həftə ərzində 5 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 37 nəfər oğurluqda, 4 nəfər qarətdə, 2 nəfər avtomobil qaçırmaqda, 5 nəfər dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 12 fakt qeydə alınıb.
C.Həmidov