Ötən həftə Azərbaycanın yollarında baş vermiş yol-nəqliyyat hadisələrində 16 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, həftə ərzində ölkədə qeydə alınmış 23 yol-nəqliyyat hadisəsində 39 nəfər yaralanıb.
Ən ağır yol qəzası Yevlax rayonunda baş verib. “Toyota” və “Amico” markalı avtomobillərin toqquşması nəticəsində dörd nəfər həlak olub.
Bundan başqa, Cəlilabad rayonunda "Mercedes" və "Forland" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
C.Həmidov