İqtisadiyyat və Sənaye Nazirliyi "Şokmart" marketində əsassız qiymət artımı faktı aşkar edib. Bu barədə nazirliyin məlumatında qeyd olunur.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.
Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 103, 2380-ci məhəllə ünvanında fiziki şəxs İsa Əliyevə məxsus "Şokmart" marketdə aparılan yoxlama zamanı qanun pozuntuları aşkar edib.
Xüsusilə satışda olan malların yarlığında göstərilən qiymətlərlə həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu aşkar olunub ki, bu da əsassız qiymət artımına yol verilməsi və istehlakçıların qiymətdə və çəkidə aldadılmasından xəbər verir.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür.
N.Abbasova