“AzFinance İnvest” MMC “Bakı Fond Birjası” QSC-nin üzvü olub. Bu barədə birjanın məlumatında deyilir.
“Bazar ertəsi BFB-nin İdarə Heyətinin sədr müavini Vüqar Namazov tərəfindən üzvlüklə bağlı şəhadətnamə “AzFinance İnvest” şirkətin direktoru Abid Məmmədova təqdim edilib”, - deyə məlumatda qeyd edilir.
“AzFinance İnvest” BFB-nin 14-cü üzvüdür.
“AzFinance İnvest” MMC Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 7 aprel 2014-cü il tarixində verilmiş diler və broker fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq lisenziyalara malikdir. Şirkətin nizamnamə kapitalı 1 mln. manata bərabərdir.
“Bakı Fond Birjası” QSC 2000-ci ildə ölkədə mütəşəkkil fond bazarının formalaşması məqsədi ilə təsis olunub. BFB-nin səhmdarları 20-dən artıq şirkətdir.
A.Əzizov