Bu gün səhər saatlarında Çinin mərkəzi Xenyan əyalətində baş vermiş yol-nəqliyyat hadisəsində ən azı 20 nəfər həlak olub. Bu barədə yerli KİV-lər məlumat verir.
Yerli opera truppasını daşıyan avtobus dağ yolunda uçuruma yuvarlanıb. Nəticədə 20 nəfər həlak olub, 13 nəfər yaralanıb.
Polis qəzanın baş vermə səbəblərini araşdırır.