“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun sərnişin sahəsində əsaslı təmirə başlayıb. Bu barədə QSC-nin mətbuat xidməti məlumat verib.
Sahənin uzunluğu 63 km-dir. Təmir işləri “Dəmiryolservis” MMC tərəfindən həyata keçirilir.
“İşlər çərçivəsində, həmçinin Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunur.
Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.
N.Abbasova