SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2015-ci ilin yanvar-fevral aylarında Supsa limanından Bakı-Supsa neft kəməri ilə nəql edilən 508,286 min ton Azərbaycan nefti ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2014-cü ilin yanvar-fevral aylarında SOCAR Supsa limanından 565,129 min ton neft ixrac edib. Beləliklə, 2015-ci ilin yanvar-fevral ayları ərzində Supsa limanından ixracın həcmi 10,1% azalıb.
2015-ci ilin fevral ayında Supsa limanından 254,179 min ton neft ixrac edib.
Xəbər verildiyi kimi, 2014-cü ildə SOCAR Supsa limanından 2 mln. 957,39 min ton Azərbaycan nefti yola salıb.
Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.
N.Abbasova