İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanın kənd təsərrüfatı məhsullarının Çexiyaya ixracı məqsədilə Azərbaycan-Çexiya birgə müəssisəsinin yaradılması təklifi ilə çıxış edib.
“Çexiya kənd təsərrüfatı məhsulları idxal edir. Azərbaycan isə bu məhsulların ixracı üçün böyük potensiala malikdir. Çexiya istehsalı olan avadanlıq və Azərbaycanın kənd təsərrüfatı məhsullarını istifadə edərək birgə müəssisə yaratmaq mümkündür”, - deyə Ş.Mustafayev çərşənbə axşamı Azərbaycan-Çexiya biznes forumunda bildirib.
Onun sözlərinə görə, sənaye, infrastruktur, tikinti vəinformasiya texnologiyaları qarşılıqlı əməkdaşlıq üçün perspektivli istiqamətlərdir.
“Şirkətlərimiz Çexiyada fəaliyyəti aktivləşdirmək üçün imkanlara malikdir. Misal üçün, Azərbaycan şirkətləri yolların və turizm obyektlərinin tikintisi sahələrində Avropada böyük iş təcrübəsinə malikdir”, - deyə Ş.Mustafayev vurğulayıb.
Çexiyanın sənaye və ticarətnaziri Yan Mladek jurnalistlərə bildirib ki, energetika, elektrikstansiyalarının tikintisi, kənd təsərrüfatı və qida sənayesi üçün Çexiyaistehsalı olan avadanlığın, minik və yük avtomobillərinin, vaqon vəlokomotivlərin Azərbaycana tədarükü sahəsində əməkdaşlıq və ölkə şirkətlərininAzərbaycanda tikinti layihələrində iştirakı üçün perspektivlərmövcuddur.
O qeyd edib ki, 40-a yaxın Çexiya şirkətinin nümayəndələri biznes forumda iştirak etmək məqsədilə Bakıda səfərdədir.
A.Axundov