Ukrayna-Avropa İttifaqı sammiti aprelin sonunda Kiyevdə keçirilə bilər. Ukrayna prezidenti Pyotr Poroşenko və Avropa İttifaqının prezidenti Donald Tusk bu məsələni telefon söhbəti zamanı müzakirə ediblər.
“Prezidentlər Poroşenko və Tusk aprelin sonunda Kiyevdə Ukrayna-Aİ sammitinin keçirilməsi imkanını müzakirə ediblər. Onlar, həmçinin cari həftənin sonunda dialoqun davam etdirilməsi barədə razılığa gəliblər”, - deyə Ukrayna dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.