Azərbaycan və Bolqarıstan prezidentləri İlham Əliyev və Rosen Plevneliyev martın 4-də Azərbaycanın dövlət başçısının Sofiyaya rəsmi səfəri çərçivəsində görüşəcəklər. Bu barədə Bolqarıstan KİV-ləri məlumat verir.
Məlumatda deyilir ki, iki ölkə başçısının təkbətək görüşündən sonra Azərbaycan və Bolqarıstanın strateji tərəfaşlığına dair birgə bəyannamə imzalanacaq.
İ. Əliyev səfər çərçivəsində Bolqarıstanın baş naziri Boyko Borisovla da görüşəcək.
F.Hüseynzadə