Pakistan prezidenti Məmnun Hüseyn martın 11-də Bakıya rəsmi səfərə gələcək. Pakistan KİV-lərinin M.Hüseyn administrasiyasının nümayəndəsinə istinadən yaydığı məlumata görə, məqsəd Azərbaycanla ticari-iqtisadi əlaqələrin gücləndirilməsindən ibarətdir.
Qeyd edilib ki, bu, M.Hüseynin yüksək vəzifəli şəxslərin və 30 sahibkardan ibarət nümayəndə heyətinin müşayiəti ilə Azərbaycana ilk səfəridir.
M.Hüseyn Azərbaycana 4 günlük səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşəcək.
F.Hüseynzadə