Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunan “Biz Böyük qələbənin varisləriyik” adlı uşaq rəsm müsabiqəsinə yekun vurulub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-dan məlumat verilib.
Müsabiqədə RİMM nəzdindəki bədii studiyanın şagirdləri iştirak ediblər (rəhbər Azərbaycan Rəssamlar İttifaqının üzvü Zahidə Həşimovadır).
Fidan Hüseynzadə, Vəzirxan İsgəndərov, Nigar Məmmədova, Tamerlan Ramazanov, Elmira Əliyeva və Feliks Danilyuk qalıb olublar.
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Aleksey Konnov onlara xatirə diplomları təqdim edib və müsabiqənin bütün iştirakçılarına gələcəkdə yaradıcılıq uğurları arzulayıb.
A.Zeydullayeva