Böyük Britaniyanın Kral Dəniz Piyada qoşununun keçmiş hərbçisi İŞİD döyüşçüləri ilə döyüşdə həlak olub. Bu barədə BBC teleradio korporasiyası məlumat verir.
Həlak olan hərbçi Konstantinos Erik Skarfild Şimali İngiltərənin Yorkşir qraflığının sakini idi.
“Daily Telegraph” qəzetinin məlumatına əsasən, onun 25 yaşı var idi.
Keçmiş dəniz piyadası kürd yığma qoşun döyüşçülərinin sırasında İŞİD döyüşçülərinə qarşı vuruşurdu.