SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çərşənbə günü Azərbaycanın dörd və Bakının üç rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Təmir işləri ilə əlaqədar saat 10:00-dan 18:00-dək Hacıqabul rayonunun Qızılburun və Atbulaq, Qaradağ rayonunun Ələt qəsəbəsi və Şıxlar bağları, Tovuz rayonunun Alakol, İbrahim-Hacılı, Düz Qırxlı, Əyyublu, Köhnə Qala, Məşədilər, Yanıxlı, Yanıxlı Məşədilər, Dönük Qırxlı, Qovlar, Aşağı Quşçu, Yanıx Paya və Aşıqlılar, Masallı rayonunun Köhnə Alvadı, Təzə Alvadı, Şərəfə, Çaxırlı, Malbaşı, Böyük Xocavar, Binə Xocavar və Təklə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Daşıyıcı qaz kəməri üzərində tənzimləyicinin quraşdırılması və yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar saat 10:00-dan 16:00-dək Şəmkir rayonuna, saat 10:00-dan 18:00-dək Bakının Qaradağ rayonuna, saat 10:00-dan işlər başa çatanadək isə Nərimanov və Binəqədi rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.
N.Abbasova