Xəzər dənizi bir çox beynəlxalq layihələrin həyata keçirilməsində vacib rol oynayır. Bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov çərşənbə günü Bakıda Xəzərin hüququ statusunun müəyyən edilməsi üzrə işçi qrupun 39-cu iclasında çıxışı zamanı bildirib.
Bu nöqteyi-nəzərdən X.Xələfov Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu vəBakı-Tbilisi-Ərzurum qaz kəmərinin əhəmiyyətini qeyd edib.
“Bu layihələr iqtisadi inkişaf və dövlətin rifahı üçün təkan rolunu oynayacaq”,-deyə X.Xələfov bildirib.
X.Xələfov deyib ki, Azərbaycan Xəzər dənizinin hüquqi statusunun bütün Xəzəryanı dövlətlərin suverenliyi və qarşılqılı əməkdaşlığı çərçivəsində müəyyənləşdirilməsini istəyir.
O, Xəzərdə regional sabitliyin, təhlükəsizliyin və iqtisadi fəaliyyətin təmin edilməsi ilə əlaqədar olaraq tərəflər arasında qarşılıqlı etimadın vacibliyini vurğulayıb.
R. Babayev