ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 4-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçisi Xristo Xristov və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi, polkovnik Tuncay Sevim (Türkiyə), təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Piter Svedberq və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi, polkovnik Markus Uidmer (İsveçrə) keçirib.
R.Babayev