Azərbaycan və Bolqarıstan prezidentləri İlham Əliyev və Rosen Plevneliyev çərşənbə günü Sofiyada iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Bolqarıstan prezidentinin saytına istinadən məlumat verir.
İ.Əliyev və R.Plevneliyev ikitərəfli görüş zamanı Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişaf məsələlərini müzakirə ediblər.
Tərəflər iki ölkə arasında strateji əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayaraq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolunu qeyd ediblər.
Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq, Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) boru kəmərləri strateji layihələri ilə bağlı fikir mübadiləsi aparıb, eləcə də investisiya, energetika, İKT, farmakologiya, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
R.Babayev