SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) qazma idarələri 2015-ci ilin yanvar-fevral aylarında qazma işlərinin həcmini 2014-cü illin analoji dövrü ilə müqayisədə 35,1% - 14,155 min metrədək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Kəşfiyyat qazma işlərinin payı 600 metr (artım 8,8 dəfə), istismar qazma işlərinin payı 13,555 min metr (azalma 37,7%) təşkil edib.
Fevralda SOCAR-ın qazma işlərinin həcmi 6,99 min metr, istismar qazma işlərinin həcmi 6,647 min metr, kəşfiyyat qazma işlərinin həcmi 343 metr təşkil edib.
İlin əvvəlindən SOCAR-ın qazma idarələri tərəfindən 8 yeni quyu istismara verilib. Xəbər verildiyi kimi, 2014-cü ildə SOCAR üzrə qazma işlərinin həcmi 127,346 min metr, o cümlədən istismar qazma işlərinin həcmi 124,718 min metr, kəşfiyyat qazma işlərinin həcmi 2,628 min metr təşkil edib.
N.Abbasova