2013-cü ildə Yəməndə oğurlanmış iranlı diplomat Nur Əhməd Nikbaxt əsirlikdən azad edilib və artıq vətəninə qayıdıb. Bu barədə cümə axşamı İran televiziyası məlumat verib.
“Mən evdən işə gedərkən naməlum silahlı şəxslər tərəfindən qaçırıldım. Məni girov götürmüşdülər və İranın xüsusi xidmət orqanları, Kəşfiyyat Nazirliyi və digər qurumlar azad edilməyim üçün böyük səylər göstəriblər”, - deyə N.Ə.Nikbaxt İran televiziyasının efirində bildirib.
Diplomat “Əl-Qaidə” tərəfindən girov götürülmüşdü.