Yaponiya hökuməti Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda su kəməri sisteminin tikinti layihəsini həyata keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Layihə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilir.
Layihənin dəyəri $103,083 min təşkil edir.
Bu, Naxçıvan MR-də “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində həyata keçirilmiş ikinci layihədir.
Bu proqram çərçivəsində Azərbaycanda mədəniyyət, səhiyyə, təhsil, ekologiya və kənd təsərrüfatı sahələrində ümumilikdə $16,951,735 mln. məbləğində 199 layihə həyata keçirilib.
A.Zeydullayeva