İranın ali dini rəhbəri Əli Xameneyi Tehranda yerləşən xəstəxanalardan birinə yerləşdirilib və vəziyyəti ağırdır. Bu barədə cümə axşamı Ərəbistan KİV-ləri məlumat verir.
KİV-lərin məlumatına əsasən, 76 yaşlı Ə. Xameneyi dünən xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Hələ ki, rəsmi mənbələr onun vəziyyətinin kritik olması barədə xəbəri təsdiq etməyiblər.
Daha öncə Ə.Xameneyiyə prostat vəzi xərçəngi diaqnozu qoyulmuş və o, 2014-cü ilin sentyabrında əməliyyat olunmuşdu.