Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) 2015-ci ilin ortalarında kiberhücumlardan müdafiənin təmin olunması üçün böyük DATA mərkəz açmağı planlaşdırır. Bu barədə cümə axşamı jurnalistlərə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.
“Bu mərkəzin 2015-ci ilin ortalarında açılması nəzərdə tutulub. Hesab edirik ki, mərkəzin imkanlarından həm dövlət strukturları, həm özəl, həm də beynəlxalq şirkətlər istifadə edə biləcəklər. DATA mərkəz daxili tələbatı ödəməklə yanaşı, regional xidmətlər göstərilməsini də təmin edəcək”, - deyə E.Vəlizadə qeyd edib.
Daha əvvəl rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, İnternet kontentin və istifadəçilərin sayınınartması ilə əlaqədar DATA mərkəzin yaradılmasına ehtiyac yaranıb ki, bu da bazaların kiberhücumlardan müdafiəsinin təmin olunmasını tələb edir.
N.Abbasova