Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Elektron hökumət” portalında istifadədə olan elektron xidmətlərin sayı 410-a çatıb. Bu barədə nazirliyin saytında məlumat verilir.
“Elektron hökumət” portalında müxtəlif dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərin sayı sürətlə artır. Portal üzərindən göstərilən e-xidmətlərin sayı 410-a çatıb”, - deyə məlumatda qeyd olunur.
Məlumatda vurğulanır ki, Nazirlər Kabinetinin təsdiq etdiyi 452 e-xidmətdən 322-si portala inteqrasiya olunub.
Ümumilikdə dövlət saytlarında yerləşdirilən elektron xidmətlərin sayı 481 olub.
N.Abbasova