Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Ukraynanın şərqində gərginliyin xeyli azaldığını bildirib. Bu barədə cümə axşamı Almaniyanin “Frankfurter Allgemeine Zeitung” qəzeti məlumat verib.
AFR-in XİN başçısının sözlərinə görə, Berlin “zorakılığın səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını” bildirir.
Bununla yanaşı, o vurğulayıb ki, Ukraynanın şərqində nail olunmuş bu irəliləyiş hələ ki, çox zəifdir.