Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın Gender bərabərliyi üzrə alt komitəsinin sədri kimi BMT-nin Qadınların statusuna dair beynəlxalq komissiyasının 59-cu sessiyasında iştirak edəcək.
Milli Məclisin məbuat xidmətinin məlumatına görə, deputat martın 7-dən 14-dək ABŞ-ın Nyu-York şəhərində səfərdə olacaq.
Sessiyada qadınların ictimai-siyasi fəallığının artırılması, iqtisadi proseslərə daha yaxından cəlb olunması yolları araşdırılacaq. “Gender bərabərliyinə nail olmaq üçün ictimai normaların dəyişdirilməsi”, “Gender bərabərliyinin təmin olunmasında milli mexanizmlər”, “İqtisadiyyatda qadınların rolunun artırılması” və digər mövzularda məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
R.Babayev