Ölənlərdən üçü uşaqdır.Suriya Hərbi Hava Qüvvələrinin üsyançıların nəzarəti altında olan ərazini (Aleppo şəhərinin şərqinə doğru) bombalaması nəticəsində ən azı 22 dinc sakin həlak olub. Bu barədə Londonda yerləşən Suriyada İnsan Hüquqları Müşahidə Şurası məlumat verib.
Müşahidə Şurası, həmçinin bir gün əvvəl ölkənin şimal-qərbində yerləşən İdlib əyaləyində “Ən Nusra Cəbhəsi” islamçı qruplaşmasının bir neçə liderinin öldürülməsi barədə məlumat verib.
Qərb KİV-lərinin məlumatına əsasən, ötən çərşənbə günü “Ən Nusra Cəbhəsi” qruplaşmasının döyüşçüləri Suriya HHQ-nin Aleppodakı kəşfiyyat qərargahına hücum ediblər.
Hücum nəticəsində Suriya Təhlükəsizlik Xidmətinin ən azı 20 əməkdaşı və 14 qrup üzvü həlak olub.