Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti sığorta aktuarisi kimi fəaliyyət göstərməkdə maraqlı olan 15 fiziki şəxsi attestasiyadan keçirib. Bu barədə Xidmətin saytında məlumat verilir.
“Həmin 15 nəfər martın 4-də aktuari sertifikatı almaq üçün attestasiya imtahanından uğurla keçib”, - deyə məlumatda qeyd olunur.
Sığorta aktuarisi kimi fəaliyyətdə maraqlı olan şəxslərin attestasiyası “Sığorta fəaliyəti haqqında” qanuna uyğun həyata keçirilib.
A.Əzizov