Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova banklara borcu olan vətəndaşlara diqqətin ayrılmasının vacibliyini qeyd edir.
“Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar banklara xarici valyutada borcu olan kreditorların vəziyyətini, o cümlədən əhalinin sosial cəhətdən zəif təbəqələrin dəstəklənməsi üzrə tədbirlərin aktuallığını nəzərə almaq lazımdır”, - deyə E.Süleymanova Azərbaycanda bazarda qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması istiqamətində həyata keçirilən işdən məmnunluq ifadə edib.
Cümə günü Milli Məclisdə ötən ilin yekunları üzrə hesabatla çıxışı zaman Ombudsman əlverişli ipoteka kreditləşməsi məsələlərinə kompleks yanaşmanın əhəmiyyətini qeyd edib. O, həmçinin fərdi yaşayış evlərinin tikintisinə razılığın alınması prosesinə təkrar baxılmasının zəruriliyini vurğulayıb.
Onun sözlərinə görə, məhz tikinti prosedurunun tam işlənməməsi korrupsiyaya zəmin yaradır.
R.Babayev