Çin hökumətinin fəaliyyəti haqqında hesabat son iki il ərzində iqtisadi artımın səmərəliliyinin artırılması məqsədilə ölkə iqtisadiyyatının təkrar strukturlaşdırılmasında əldə olunan nailiyyətlərini nümayiş etdirib. Bu barədə Azərbaycanın Pekindəki səfiri Lətif Qəndilov bəyan edib.
Çin hökumərinin məlumatına görə, azərbaycanlı diplomat iqtisadi inkişafda uğurların Çinin və digər ölkələrin inkişafına yardım edəcəyinə ümidvar olduğunu söyləyib.
“Çin iqtisadiyyatı qlobal zəifləmə şəraitində nisbətən yüksək olaraq qalır. Bununla yanaşı, güclü Çin digər ölkələrin inkişafına da yardım edəcək”, - deyə Çin hökumətinin saytı L.Qəndilovun sözlərindən sitat gətirir.
F.Hüseynzadə