NATO tərəfindən Kiyevə öldürücü silahların mümkün tədarükü məsələsinə hazırda baxılmır. Bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya Marqalo söyləyib.
“Hazırda Ukraynaya öldürücü silahların tədarükü məsələsi müzakirə olunmur və NATO-nun gündəliyinə daxil deyil”, - deyə o, bazar günü “İnterfaks” agentliyinə bildirib.
“Biz bu gün əsas məsələdən diqqəti yayındırmaq istəmirik: böhranın həllinə qiymətli töhfə verən təşəbbüslərə daha çox diqqət yetirmək lazımdır. Və yenə də təkrar edirəm: Bu həllərin elementləri Minsk sazişində öz əksini tapıb”, - deyə İspaniya XİN başçısı vurğulayıb.