Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK)vətəndaşlar üçün SMS xidmətlərini tətbiq edib. Bu barədə komitənin məlumatında deyilir.
“ƏMDK əhaliyə 31 elektron xidmət göstərir, onların 3-ü SMS vasitəsilə ilə göstərilir. Söhbət daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsindən gedir. Mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatları əldə etmək mümkündür”, - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, indiyədək ƏMDK-ya 31 elektron xidmət üzrə 179 min müraciət daxil olub.
Bundan başqa, bu günə qədər ƏMDK-nın mobil ofislərinin xidmətlərindən 22 mindən artıq vətəndaş istifadə edib.
N.Abbasova