Suriyanın şimalında İŞİD qruplaşmasının nəzarətində olan həbsxanadan 95 məhbus qaçıb. Bu barədə çərşənbə axşami Suriya İnsan Hüquqları Müşahidə Şurası məlumat verib.
Qaçanlardan 30-u kürd hərbi birləşməsinin üzvləridir.
Məhbuslar Türkiyə sərhədinin 30 km-də yerləşən Əl-Bab şəhərindəki həbsxanadan qaçıblar.