Mətbuat Şurası reket fəaliyyət göstərməkdə şübhəli bilinən 5 kütləvi informasiya vasitəsinin adını Şuranın «qara siyahı»sına daxil etməyə hazırlaşır. Bu barədə Mətbuat Şurasının çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının növbəti iclasında «Yüksələn Azərbaycan», «Azərbaycan naminə», «Haqqın sədası press» qəzetləri, «Jam.az» və «İskra.az» saytlarının qara siyahıya salınması barədə qərar qəbul edilib.
R. Babayev