Belarus Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığa hazırdır. Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Minskdə Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüş zamanı bəyan edib.
Belarus prezidentinin mətbuat xidmətindən “İnterfaks-Qərb” agentliyinə verilən məlumata görə, A.Lukaşenko deyib: “Biz sizə və sizin ölkənizə çox böyük etimad göstəririk və sizinlə bütün istiqamətlərdə əməkdaşlığa hazırıq, qapalı mövzular qətiyyən mövcud deyil”.
O, Belarus və Azərbaycanın yaranmış problemləri hər zaman uğurla həll etdiklərinə diqqət çəkib. “Biz bu gün ona görə görüşdük ki, əgər hansısa problemlər varsa, onları operativ şəkildə nəzərdən keçirək və həll edək. Üstəlik bütün çətinliklərə baxmayaraq, ötən il bizim mal dövriyyəmiz artıb. Azərbaycanla ticarət bizim üçün çox əlverişlidir”,- deyə dövlət başçısı qeyd edib”, - deyə vurğulayıb.
“Biz Azərbaycanda öz istehsalımızı qurmağa və sizin investisiyaları qəbul etməyə hazırıq. Burada bunun üçün tam zəmanət var”,- deyə prezident qeyd edib.
O xatırladıb ki, Azərbaycanda Belarus traktorları, yük avtomobilləri, lift və s. istehsalı üzrə birgə müəssisə fəaliyyət göstərir. Bununla yanaşı, dövlət başçısı məmnuniyyətlə bildirib ki, istehsalın bəzi istiqamətlər üzrə lokallaşdırılması demək olar ki yarıya çatıb. 40%-ə nail olunub və çox yaxşı temp mövcuddur. Deməli, siz bizim vəd etdiyimiz kimi vəmənim İlham Əliyevə vəd etdiyim kimi, texnologiyalar alırsınız və sizin ərazinizdə normal istehsalat qurulur”,- deyə A.Lukoşenko bildirib.
Növbəti addım birgə məhsulun üçüncü ölkələrə, Qafqaz regionuna çıxarılmasıdır.
A.Lukaşenko Azərbaycan tərəfinə göstərdiyi dəstəyə görə minnətdarlıq edib. "Siz hər zaman bizi dəstəkləmisiniz və biz də qardaş azərbaycanlılara eyni münasibəti göstərəcəyik”,- deyə prezident əlavə edib.
Öz növbəsində Y.Eyyubov qeyd edib ki, Belarus dövlət başçısının Azərbaycan xalqına münasibəti çox dəyərlidir. “Belarus hər kəsi cəlb edən ölkədir. Siz rəhbər kimi xalqın nümayəndəsi olduğunuzu nümayiş etdirdiniz, Siz xalq olmadan yaşaya bilmirsiniz və bütün həyatınızı xalqınıza həsr etmisiniz”, - deyə o bildirib.
“Əgər sizin başqa təbii sərvətləriniz də olsaydı, hesab edirəm ki, siz dünyada birinci ölkə olardınız, çünki önəmli olan nəyə malik olmaq deyil, önəmli olan malik olduğundan lazım olanı əldə etməkdir”,- deyə birinci müavin qeyd edib.
Y.Eyyubov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını A.Lukaşenkoya çatdırıb və “iqtisadi, ticari, siyasi, qardaşlıq, dostluq və qonşuluq dəstəyinə görə Belarusa minnətdarlığını bildirib.