2015-ci ilin yanvar-fevral aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 3 mlrd. 824 mln. 311,406 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 19% çoxdur. Bu barədə BFB-nin məlumatında qeyd edilir.
Ümumi dövriyyədən 14 mln. 914 min 881,15 manat (azalma 51,1%) dövlət qiymətli kağızları ilə əqdlərin payına, onların bütün həcmi isə Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların təkrar bazarda yerləşdirilməsinin payına düşüb (artım 2,7 dəfə).
Yanvar-fevral aylarında BFB-nin ümumi dövriyyəsində 22 mln. 1,097 min manat (azalma 9,6 dəfə) pay bazarının payına düşüb. Birja meydançasında 20 mln. 915,190 min manat (azalma 10,1 dəfə), təkrar bazarda - 1 mln. 85,907 min manat (artım 2,6 dəfə) məbləğində səhm yerləşdirilib.
Yanvar-fevral aylarında əqdlərin ümumi həcmində qiymətli kağızlar bazarının borc alətlərinin payına 452 mln. 175,137 min manat (artım 67,2%) düşüb. İlkin bazarda Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 3 mln. manat (azalma 40%), təkrar bazarda - 372 mln. 960,257 min manat (artım 61,7%) olub. Yanvarda ilkin bazarda digər korporativ istiqrazların yerləşdirilmə həcmi 10 mln. 332,120 min manat (azalma 2,2 dəfə), təkrar bazarda - 65 mln. 882,759 min manat (artım 5,7 dəfə) təşkil edib.
2015-ci ilin yanvar-fevral aylarında repo əməliyyatları ötən ilin analoji dövründə 2 mlrd. 699 mln. 835,932 min manata qarşı 38 mln. 104,872 min manat təşkil edib.
Yanvar-fevral aylarında BFB-də əqdlərin ümumi həcmində 3 mlrd. 297 mln. 115,418 min manat törəmə alətlər bazarının payına düşüb (2014-cü ilin yanvar-fevral aylarında həyata keçirilməyib - İF-Az), bunun 3 mlrd. 234 mln.736,153 min manatı valyuta, 62 mln. 379,265 min manatı əmtəə əqdlərinin payına düşüb.
A.Əzizov