İŞİD ekstremist qruplaşmasının döyüşçüləri Suriyanın şimal-şərqindən İraqa aparan strateji əhəmiyyətli yolun bir neçə hissəsi üzərində nəzarəti itiriblər.
“İslam dövləti”nə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın məlumatına görə, koalisiyanın havadan dəstəyi ilə ekstremistlərlə döyüşən qüvvələr ötən həftə Tall-Hamis şəhəri yaxınlığında strateji əhəmiyyətli rayonu ələ keçiriblər”.
ABŞ və digər bir neçə ökənin daxil olduğu beynəlxalq koalisiyanın rəsmi məlumatında vurğulanır ki, döyüşçülər “Suriyadan İraqın Tall-Afar və Mosul şəhərlərinə döyüşçülər və silah göndərilməsi üçün istifadə olunan təchizat marşrutları üzərində nəzarəti itiriblər”.