İŞİD döyüşçüləri Türkiyə iləsərhəddə yerləşən Ras əl-Ayn şəhərini işğal etmək üçün Suriyada genişmiqyaslı hücuma keçiblər. Bu barədə çərşənbə günü “Associated Press” agentliyi hüquq müdafiəçilərinin məlumatına istinadən xəbər yayıb.
Suriyada İnsan Hüquqları üzrə Müşahidə Şurasının məlumatına əsasən, İŞİD qüvvələri həmin şəhərin cənub və qərbində kürd döyüşçülərinə qarşı vuruşurlar.
Ras əl-Ayn şəhərində təxminən 50 min nəfər yaşayır. Əhali, əsasən kürdlərdən ibarətdir.