SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Palçıq pilpiləsi” yatağındakı 1304 nömrəli meydançada əsaslı təmir işlərini başa çatdırıb. Bu barədə şirkətin məlumatında deyilir.
“Meydançadakı hasilat quyularının səmərəliliyinin artırılması, eləcə də burada yerləşən texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aparılan təmir işləri zamanı korroziyaya uğramış metal-konstruksiyalar və yararsız vəziyyətə düşmüş dəmir-beton plitələr yenisi ilə əvəz olunub, 20 ədəd svay vurulub, 17 ədəd rigel, 14 ədəd fəza ferması və 1 ədəd minik meydançası quraşdırılıb”, - deyə məlumatda bildirilir.
Təmir işləri 1,4 min kv. metr ərazini əhatə edib.
“Palçıq pilpiləsi” yatağı “Neft Daşları” yatağının yaxınlığında yerləşir. Bu sahələr 1949-cu ildən işlənilir.
N.Abbasova