“Azərsığorta” Dövlət Kommersiya Sığorta Şirkəti “Aqrolizinq” ASC-nin əmlakını sığortalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Aqrolizinq”dən məlumat verilib.
“Azərsığorta” daşınmaz əmlakın icbari sığortası üzrə “Aqrolizinq”in sığortaçısı seçilib”, - deyə şirkətdən qeyd ediblər.
Sığorta xidmətlərinin seçimi təkliflər sorğusu üsulu ilə həyata keçirilib.
“Azərsığorta” şirkəti 1991-ci ildə yaradılıb, nizamnamə kapitalı 7 mln. manata bərabərdir. Şirkət əldə etdiyi sığorta haqları və ödənişlərin həcminə görə ölkənin aparıcı sığorta şirkətlərinin beşliyinə daxildir. 2014-cü il ərzində “Azərsığorta”nın sığorta haqları 41 mln. 611 min manat, ödənişləri 13 mln. 325 min manat təşkil edib.
“Aqrolizinq” ASC 2004-cü ilin oktyabr ayında təsis edilib və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.
A.Əzizov