Vergilər Nazirliyi yeni inzibati binanın tikintisi çərçivəsində işlərin icrası üçün podratçı seçimi üzrə tender elan edib.
Tender elanına əsasən, Vergilər Nazirliyinin yeni 31 mərtəbəli inzibati binası H.Əliyev prospekti, 105 və Müzəffər Nərimanov küçəsinin kəsişməsində yerləşəcək.
Tender təklifləri aprelin 29-dək qəbul olunacaq, tender proseduru aprelin 30-da keçiriləcək.
Tenderdə iştirak haqqı 1,2 min manatdır.
A.Əzizov