Cümə günü “Atəşgah Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində 100-ə yaxın tələbə və gəncin iştirakı ilə “Mədəni irs” Gənclər Festivalı keçiriləcək. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Festivalın keçirilməsində məqsədAzərbaycanın milli-mədəni irsinin, tarixinin, adət və ənənələrinin qorunub saxlanması və təbliğ edilməsidir.
Gənc aktyor və tələbələr baharın 4 ünsürünü - su, od, külək vətorpaq çərşənbəsini rəqslərlə canlandıracaqlar.
Həmçinin qonaqlar milli və tətbiqi sənət məhsulları ilə tanış olacaq, milli mətbəximizin təamlarından dadacaqlar. Pəhləvan, kəndirbaz və sehrbazlar öz məharətlərini nümayiş etdirəcək, muğam və milli musiqilər səsləndiriləcək.
R.Babayev