Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bir qrup təhsil işçisini “Akademik palma” ordeni ilə təltif edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Naxçıvan Dövlət Universitetinin Fransız dili kafedrasının müdiri Əli Allahverdiyev; Azərbaycan Dillər Universitetinin dosenti, Təhsil Problemləri İnstitutunun fransız dili üzrə koordinatoru Gülbəniz Camalova, 132-134 saylı təhsil kompleksinin direktoru Sara Xanlarova, kənd məktəbinin fransız dili müəllimi Qüdrət Muradov təltif olunublar.
“Akademik palma” ordeni təhsil və elm sahəsində xidmətlərə görə təqdim olunur.
A.Zeydullayeva